<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Allah məhəbbətdir, bunu bilirik İL215</title>
<lyrics>[V1]
 Allah məhəbbətdir, bunu bilirik,
 Allah mərhəmətdir, biz inanırıq.
 Məhəbbət, mərhəmət görürük Ondan,
 Təsəlli, sevinc alırıq Ondan.

[C1]
   Qayğıkeş Atamız, Rəbb Allahımız,
   Tək İsa isminə var imanımız.
   Qüdrəti, izzəti Onda görürük,
   Sonsuz məhəbbəti Onda görürük.

[V2]
 Rəbbimiz İsanı dirildən Allah
 Diriltdi bizi də Öz Ruhu ilə.
 Ölümdən həyata keçirdi bizi,
 Aldı bu dünyanın əlindən bizi.</lyrics>
<hymn_number>215</hymn_number>
</song>